Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayevanın Və Türkiyənin Tanınmış Təsəvvüf Araşdırmaçısı-Yazarın Kitablarının Təqdimatı Oldu – FOTO

Tarix: 11-05-2019 15:00     Baxış: 294 A- / A+
Qənirə Paşayevanın Və Türkiyənin Tanınmış Təsəvvüf Araşdırmaçısı-Yazarın Kitablarının Təqdimatı Oldu – FOTO

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) millət vəkili Qənirə Paşayevanın “Allah sevən qəlblərdədir” və onun rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvətilə ölkəmizə səfər edən qardaş Türkiyənin tanınmış təsəvvüf araşdırmaçısı-yazar, Üsküdar Universitetinin rektor danışmanı Camalnur Sarqutun “Cani Candır” adlı kitablarının Ramazan ayı münasibətilə təqdimatı və imzalanma mərasimi olub.

Tədbirdə çıxış edən Qənirə Paşayeva bu kitabların gənclərimizin sağlam ruhda, milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsinə öz töhfəsini verə biləcəyini qeyd edib.

Aİİ-nin rektoru Ceyhun Məmmədov bu cür tədbirlərin institutda keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb, mənəvi dəyərlərimizə sahiblənməyimiz üçün daha da çox çalışmaq lazım gəldiyini bildirib.

Camalnur Sarqut təsəvvüf elmi haqqında danışaraq bu elmin inkişafında bır sıra böyük Azərbaycan şəxsiyyətləri haqqında məlumat verib.

Sonra millət vəkili Q.Paşayeva və Türkiyənin təsəvvüf araşdırmaçısı C.Sarqut kitablarını oxucular üçün imzalayıb, müəllifi olduqları kitablarla bağlı sualları cavablandırıblar.

Tədbirdən sonra rektorla ayrıca görüş olub.

C.Sarqutu ölkəmizdə salamlayan Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov “Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusunda seminar verdikləri üçün ona və millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirib və belə görüşlərin və səfərlərin iki ölkə arasında elm, sənət, mədəniyyət əməkdaşlığını daha da gücləndirdiyini qeyd edib. C.Məmmədov Camalnur Sarqutun təsəvvüf və ümumən ilahiyyat sahəsində dəyərli əsərlər yazdığını, geniş oxucu auditoriyası qazandığını, həmin əsərlərin Azərbaycanda da maraqla qarşılandığını vurğulayıb.

Q.Paşayeva bu ilin cənab Prezident İlham Əliyev tərəfindən “Nəsimi ili” elan edilməsi barədə danışaraq, islam dininin gənc nəsillərimizə doğru öyrədilməsinə və təsəvvüfdə xüsusi yeri olan böyük şəxsiyyətlərimizin islam əxlaqı anlayışının həm öz nəsillərimizə, həm də dünyaya çatdırılmasına ehtiyac olduğunu deyib və bu istiqamətdə Aİİ ilə C.Saqrutun təmsil etdiyi Üsküdar Universitetinin Təsəvvüf Araşdırmaları İnstitutu arasında əməkdaşlığın faydalı olacağına inandığını vurğulayıb.

C.Sarqut da iki institut arasında əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb və bu istiqamətdə bir sira təkliflərlə çıxış edib. O bildirib ki, təsəvvüf elminin inkişafında Azərbaycanın bir çox böyük şəxsiyyətlərinin xüsusi yeri var və onların tanıdılması istiqamətində iki qardaş ölkə Azərbaycan və Türkiyə bir sıra ortaq layihələr həyata keçirə bilər.

C.Sarqut eyni zamanda N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda da görüş keçirib.
Qənirə Paşayevanın Və Türkiyənin Tanınmış Təsəvvüf Araşdırmaçısı-Yazarın Kitablarının Təqdimatı Oldu – FOTO
Qənirə Paşayevanın Və Türkiyənin Tanınmış Təsəvvüf Araşdırmaçısı-Yazarın Kitablarının Təqdimatı Oldu – FOTO


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar