Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ə

Tarix: 11-05-2019 10:43     Baxış: 83 A- / A+
Sumqayıt Şəhər İcra Hakimiyyətinin
başçısı cənab Zakir Fərəcova
Sumqayıt şəhəri 41-ci məhəllə,
yataqxana 18, mənzil, 13a-da
yaşayan Rzayeva Cəmilə Zakir qızı
tərəfindən

Ə r i z ə

Hörmətli Zakir müəllim, mən, Rzayeva Cəmilə Zakir qızı hal-hazırda bağban işləyirəm, 5 nəfər ailə üzvümüz var. Həyat yoldaşım heç bir yerdə işləmir, ikinci qrup əlil olan oğlum 5-ci sinifdə, qızım üçüncü sinifdə oxuyur, kiçik qızım isə körpədir. Kiirayədə yaşayırdıq, ancaq kirayə pulunu ödəməkdə çətinlik çəkdiyimizə görə, artıq anama məxsus 1 otaqlı yataqxanada (16-17 kv-lı) anamla birlikdə qalmaq məcburiyyətindəyik. 6 nəfərin bir kiçik otaqda yaşamasının necə acınacaqlı olduğunu dilə gətirməyə ehtiyac yoxdur. Sığındığımız mənzil birinci mərtəbədə yerləşdiyi üçün daimi nəmişlik və üfunət içindədir.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, bizim ailə vəziyyətimizin ağır şəraitini nəzərə alaraq, bizə yataqxanada yer verilməsinə köməklik edəsiniz.
Cənab Prezidentimizin ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün keçirdiyi islahatlar əhalinin rifahını xeyli yüksəltmişdir. Sosial problemlərin həlli xalqa göstərilən diqqət və qayğının önündə duran məsələdir meyarı ilə dövlət başçısının atdığı addımlar olduqca təqdirəlayiqdir. Cənab Başçı, Sizin də bu yöndə gördüyünüz işlər danılmazdır. Ölkə başçımızın humanist addımlarının davamı olaraq sizin Sumqayıt sakinlərinə göstərdiyiniz xidmət, şəhərin abadlaşdırılması, həyat şəraitinin yüksək səviyyəyə çatdırılması üçün sərf etdiyiniz əmək göz önündədir. Müraciət edən sakinlərin problemlərinin yerindəcə həll olunmasına çalışdığınızı, camaatın qayğıları ilə daim maraqlandığınızı da bilirik. Bu baxımdan xeyirxah əməllərinizin ənənəsi kimi bizim harayımıza yetəcəyinizə inanır və ümid edirik. Bəri başdan ailəmiz adından Sizə minnətdarlığımı bildirirəm!



Hörmətlə, Cəmilə R

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar