Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Yüzlərlə xəstəxana Səhiyyə Nazirliyindən alınır - VİDEO

Tarix: 20-04-2019 10:51     Baxış: 3136 A- / A+
Yüzlərlə xəstəxana Səhiyyə Nazirliyindən alınır - VİDEO


Yüzlərlə səhiyyə müəssisəsi nazirliyin tabeliyindən çıxarılaraq TƏBİB publik hüquqi şəxsin sərəncamına veriləcək. Prosesə tam şəkildə gələn il yanvarin 1-dən başlanılacaq. İcbari Tibbi Sığorta Agentliyi yeni təsisatın fəaliyyət xüsusiyyətlərini açıqlayıb. Səhiyyə Nazirliyinin tabeliyində qalacaq müəssisələr də artıq bəllidir.

Manevr.az-ın məlumatına görə, bir sıra səhiyyə müəssisələrinin TƏBİB publik hüquqi şəxsə verilməsindən sonra Səhiyyə Nazirliyinin tabeliyində hansı müəssisələrin qalacağı bəlli olub.

İcbari Tibbi Sığorta Agentliyinin departament rəhbəri Vüqar Qurbanov bildirib ki, səhiyyə müəssisələrinin yeni idarə formasına keçməsi vətəndaşlara göstərilən xidmətlərin həm əlçatanlığını, həm də keyfiyyətini yüksəldəcək.
Vüqar Qurbanov bir çox səlahiyyətlərin TƏBİB publik hüquqi şəxsə keçməsindən sonra Səhiyyə Nazirliyində hansı funksiyaların qaldığına da aydınlıq gətirib.
Qeyd edək ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən yüzlərlə səhiyyə müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi", yəni TƏBİB publik hüquqi şəxsə veriləcək. Yeni publik hüquqi şəxs tam şəkildə fəaliyyətinə 2020-ci il yanvarın 1-dən başlayacaq.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar