Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Eldar Həsənova yüksək etimad - O, SERBİYA KRAL AKADEMİYASININ ÜZVÜ SEÇİLDİ

Tarix: 05-10-2017 19:40     Baxış: 4323 A- / A+
Eldar Həsənova yüksək etimad
“Qayğılı günlərimizdə hərdən sevindirici xəbərlər də alırıq. İndicə məlum oldu ki, Azərbaycanın Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinyadakı Fövqəladə və Səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor, dəyərli ziyalımız Eldar Hümmət oğlu Həsənov Serbiya Kral Akademiyasının üzvü seçilmişdir. Bu sevindirici xəbəri dostlarımızla bölüşmək qərarına gəldim”.
Manevr.az xəbər verir ki, bu barədə sabiq millət vəkili Əlövsət Ağalarov məlumat yayıb.
Təbii ki, Serbiya alimlərinin bu qərarı eyni zamanda, Azərbaycan elminə, ümumən Azərbaycan dövlətinə verilən yüksək qiymətdir. Hər birinizin adından dəyərli həmyerlimizi,əziz qardaşımı təbrik edirəm! Bilirəm ki, təvazökarlıq edib bu müjdəni yaydığıma görə məni qınayacaq, əlbəttə, bunun səbəbi də var: bir dəfə də xaricdə çıxan növbəti kitabıyla bağlı xoş sözlər yazdığıma görə narazı qalmışdı. Zəng vurub etirazını bildirəndə dedim ki, xarici ölkədə hər adamın kitabı belə nəfis şəkildə çap olunmur, bu təkcə sizin deyil, hamımızın, bütün kitabsevərlərin uğurudur, qayıtdı ki, qardaş, bizim ən əsas və böyük uğurumuz Qarabağımızın işğaldan azad edilməsi olacaq, belə xırda şeylərə görə camaatın vaxtını alma. Dinlədim və haqlı olduğunu bildiyimdən daha bir şey yazmadım. Amma incisə də, inciməsə də indicə aldığım bu gözəl xəbəri sizlərlə paylaşmaq qərarına gəldim.
Eldar Həsənova yüksək etimad
Eldar Həsənova yüksək etimad

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar